İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

Müəllif: Gulnare
//
25 may 2018
//
//

İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi


İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbirdə giriş sözü ilə çıxış edən İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayan Zaur Muradov Ümummilli Lider Heydər Əliyevin 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını diqqətə çatdırıb. Həmçinin Xalq Cümhuriyyəti zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını vurğulayıb. Zaur Muradov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib.

Xeberleragentliyi.com

25.05.2018

İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
İsmayıllı Peşə Tədris Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi
Xəbər Lenti Giriş Populyar Reklam