Bakıda itkin düşən 82 yaşlı qadın tapıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda itkin düşən 82 yaşlı qadın tapıldı

Bakıda itkin düşən 82 yaşlı qadın tapıldı

Müəllif: Gulnare
//
25 May 2018
//
//

Bakıda itkin düşən 82 yaşlı qadın tapıldı


Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.

Xeberleragentliyi.com xeber verir ki, DİN-dən verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.

Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.

Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.
Xəbər Lenti Giriş Populyar Reklam