Bu yolun yenidən qurulması ilə 120 mindən çox əhalinin gediş-gəlişi asanlaşacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu yolun yenidən qurulması ilə 120 mindən çox əhalinin gediş-gəlişi asanlaşacaq

Bu yolun yenidən qurulması ilə 120 mindən çox əhalinin gediş-gəlişi asanlaşacaq

Müəllif: Gulnare
//
25 May 2018
//
//

Bu yolun yenidən qurulması ilə 120 mindən çox əhalinin gediş-gəlişi asanlaşacaq


Şirvan-Salyan avtomobil yolu yenidən qurulur.

Xeberleragentliyi.com xeber verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Şirvan-Salyan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəşilik yaradırdı. Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.

Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.

II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 m təşkil edir. Bura 7,5 m enində hərəkət hissə və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3,75 m təşkil edəcək. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılır, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılır, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılır və kipləşdirilir.

Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq.
Xəbər Lenti Giriş Populyar Reklam