Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi

Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi

Müəllif: Gulnare
//
24 may 2018
//
//

Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi


İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal ,o səadət,həyat,zəfər,şərəf ,san.
İstiqlal,o sönməyən müəbbəd bir məşalə,
Könüllərdə tutaşur ,gözlərdə sönsə belə.

Azərbaycan tarixinə dair könül rahatlığı ilə qürur duya biləcəyimiz ən böyük dəyərlərdən biri 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətidir.
XX əsrin əvvəllərində inqilabların,müharibələrin tüğyan etdiyi,milli azadlıq hərəkatının genişləndiyi bir dövrdə xalqımız öz taleyi haqqında düşünməyə başlamış,əsarətdən xilas olmaq,müstəqil.azad yaşamaq ,tərəqqi etmək,yeni cəmiyyət yaratmaq uğrunda mübarizəyə başlamışdı.Bu oyanış, dirçəliş müsəlman aləmində ilk dəfə olaraq Odlar yurdunda Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.
Milli dövlətçiliyimizin şərəfli tarixini parlaqlığı ilə əks etdirən Azərbaycan Cümhuriyyətinin xalqımızın əsrlər boyu ürəyində bəslədiyi azadlıq arzularından yaranmışdı. Bu müqəddəs istəyi həyata keçirmək üçün nə qədər qurbanlar verilmişdir...
Azərbaycan Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdi.Buna baxmayaraq o,istiqlal naminə əsrə bərabər iş görmüşdü, Əvvəla o, Azərbaycanda çox sivil Avropa nümunəli dövlət idarəçiliyi yaratmışdı.Azərbaycanı Milli Məclis (Parlament) tərəfindən təşkil olunan hökumət kabinəsi idarə edirdi. Azərbaycan Cümhuriyyəti parlament respublikası idi. Müstəqillik elan olunandan 1918-ci ilin iyunun 18-nə kimi parlament rolunu hələ 1918-ci ilin mayın 27-də yaradılmış Müvəqqəti Milli Şura icra etmişdi.Onun sədri M.Ə.Rəsulzadə seçilmişdi.Azərbaycan Cümhuriyyətinin fəaliyyəti dövründə 5 dəfə hökumət kabineti təşkil olunmuşdur.Kabinetə rəhbərliyi 3 dəfə Fətəli xan Xoyski,2 dəfə Nəsib bəy Yusifbəyli etmişdi.İlk parlament iclası 1918-ci il dekabrın 7-də çağırılmışdı.Əlimərdan bəy Topçubaşov Parlament sədri seçilmişdi.Mövcudluğu dövründə Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim olunmuş,onlardan 230-a yaxını müzakirə olunaraq qəbul olunmuşdur.
Mövcud olduğu 23 ay ərzində Azərbaycan hökuməti dövlət quruculuğu,ordu quruculuğu,mədəni quruculuq,aqrar,sosial-iqtisadi sahədə bir sıra tədbirlər gördü.İlk ordu,ilk universitet,ilk muzey,ilk dəfə xaricdə təhsil,ilk bayraq,ilk himn,ilk dəfə qadınlara səs vermə hüququ,ilk böyük kitabxana,ilk bank,ilk rəssamlıq akademiyası,ilk...ilk...və bu ilkləri silsilə şəklində hələ çox uzatmaq olar.
Cümhuriyyət hökuməti Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda da ardıcıl mübarizə aparmışdı.O,dünyanın 20-dən çox dövləti ilə diplomatik əlaqə yaratmışdı.Cümhuriyyətin xarici siyasətində Müstəqil Azərbaycanı dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək,iri dövlətlər tərəfindən onun tanınmasını təmin etmək missiyası çox mühüm yer tuturdu.Paris sülh konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin diplomatik səyləri nəticəsində 1920-ci ilin yanvarın 11-də Azərbaycan Cümhuriyyəti müttəfiq dövlətlər tərəfindən de-fakto tanındı və dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildi.
Ürəyi xalq məhəbbəti ilə döyünən ziyalılardan təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti az vaxtda böyük işlər gördü.M.Ə.Rəsulzadə demişkən ,ilk növbədə xalq azadlığın,milli müstəqilliyin şirinliyini dada bildi.Maarif və mədəniyyətin inkişafı üçün özül qoyuldu.
Azərbaycan parlamentinin qəbul etdiyi əsasnaməyə görə qadınlar seçki hüququna malik idilər.4 fəsildən,116 bənddən ibarət olan bu əsasnaməyə görə,20 yaşına çatmış respublikanın bütün vətəndaşları Müəssisələr Məclisinə seçkilərdə iştirak edə bilərdilər.Azərbaycan ziyalı qadınları dövlətin verdiyi hüquqlardan,maarif və mədəniyyətin inkişaf etdirilməsi üçün yaratdığı şərait və imkanlardan istifadə edərək mədəni tədbirlərdə fəal iştirak edir,qadın azadlığı hərəkatını genişləndirir,milli azadlıq hərəkatına və respublikanın müstəqilliyinə maneçilik törədən qüvvələrə qarşı mübarizə aparırdılar.Azərbaycan parlamentində ilk dəfə müsəlman qadını ictimai-siyasi işlərdə iştirak etməyə başlamışdı...
Bu fikirlər 22 may 2018-ci il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbə tam orta məktəbində qəsəbə icra nümayəndəliyi ilə məktəbin birgə təşkilatçılığı ilə hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL ...! " gözəl tədbirdə səsləndi. Tədbiri İsmayıllı rayon icra hakimiyyəti başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Novruz Əsədov idarə edirdi. O,çıxışında qeyd etdi ki,ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı müfaviq Sərəncam imzalayıb. Həmçinin Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncama əsasən 2018-ci ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Dövlət başçısının bu sərəncamları xalqımızın keçmişinə, tarixinə, milli dəyərlərimizə dərin hörmətdən qaynaqlanır və dövlətçiliyimizin möhkəmlənməsinə, cəmiyyətdə həmrəyliyin, azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edir. Belə müsbət nümunələr gənclərə xalqımızın şərəfli keçmişinə görə qürur hissi aşılayır, onlarda Vətənə bağlılığı daha da artırır.O,Cümhuriyyətin keçdiyi yol haqqında tədbir boyu geniş məlumat verdi, . Basqal İƏD üzrə nümayəndə Novruz Əsədovun təqdim etdiyi məruzə müstəqilliyimizin yaranması və bərpa dövrlərini, hazırda Azərbaycanın sürətli və hərtərəfli inkişafını əks etdirib.
Tədbir Azərbaycan Respublikası Himninin möhtəşəm sədaları altında açıldı. Müqəddəs üçrəngli bayrağımız yuxarı sinif şagirdlərinin iştirakı ilə səhnəyə gətirildi. Şagirdlərimizin ifasında Cümhuriyyəti, bayrağımızı.vətənimizi vəsf edən bir-birindən gözəl şeirlər və mahnılar səsləndi, Yuxarı sinif şagirdlərinin qəhrəmanlıq dolu marş və mahnıları tədbirdə iştirak edən hər kəsin qəlbində bir qürur hissi yaratdı. Tədbirdə RİH-nin məsul işçisi Nəsimi Teymurov, İsmayıllı rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Ramiz Baloğlanov, metodist İlham Vahabov, məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinkləri iştirak edibTədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib,mahnı və şerlərdən ibarət kompozisiya nümayiş etdirilib. Kompozisiyada Cümhuriyyət tarixinin əsas anları, şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib. Sonda qonaqlar və məktəbin direktoru Ağasəfər Qafarov çıxış edərək şagirdlərə öz təşəkkürlərini bildiriblər.

Aygün Əsədova

Basqal qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Xeberleragentliyi.com

Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi
Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi
Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi
Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi
Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi
Cümhuriyyətin 100 illiyi Basqal qəsəbəsində qeyd edildi
Xəbər Lenti Giriş Populyar Reklam