Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni bədii-sənədli film - “Cümhuriyyətin 9 şəkli” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni bədii-sənədli film - “Cümhuriyyətin 9 şəkli”

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni bədii-sənədli film - “Cümhuriyyətin 9 şəkli”

Müəllif: Gulnare
//
24 May 2018
//
//

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni bədii-sənədli film - “Cümhuriyyətin 9 şəkli”


1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq demokratik respublikasını qurub, ümumi bayraq altında öz cümhuriyyətini elan etdi. Bu unudulmaz və qürurverici hadisəni əbədiləşdirmək məqsədilə "Veysəloğlu" Şirkətlər Qrupu özünün təşəbbüskarlığı və "Cinealliance" kino şirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alıb.



Qeyd edilir ki, filmin özəlliyi baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin baxışından açıqlanması, həmçinin illər kecəndən sonra onun ailəsində yaşanan ideoloji muhitin üzə çıxarılmasındadır.

Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.

Vizual mətnin əsas mesajı iki illik mohtəşəm tarixin bir insanın duşuncə süzgəcindən kecirilməsi, bugünkü tamaşacıya bəsit dəlillərlə və cox sadə bir dildə catdırılamasıdır. Filmdə iki il əzrzində dovlət quruculuğu prossesinin bir cox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poct-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xususi olaraq vurğulanır.

Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxivlə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu ücün yeni bir sintez mədəniyyəti formalaşdırır.

Film baba ilə nəvənin timsalında iki muxtəlif baxış bucağının, iki müxtəlif yaş nəslinin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir. Hər iki nəsil oz şanlı tarixinə hörmət edir, olanları yüksək dəyərləndirir. Yalnız belə bir ideoloji mühit Vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji muhitdə böyüyür...

Qeyd edək ki, bir sıra tanınmış aktyorların oynadığı filmdə baş rolun ifaçısı Azərbaycanın xalq artisti, məşhur kionoaktyor Rasim Balayevdir. "Cümhuriyyətin 9 şəkli"nin ssenari müəllifi Orxan Fikrətoğlu, quruluşçu rejissoru isə Elxan Cəfərovdur.
Xəbər Lenti Giriş Populyar Reklam