DİM vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirəcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » DİM vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirəcək

DİM vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirəcək

Müəllif: Gulnare
//
24 may 2018
//
//

DİM vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirəcək


Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə mayın 26-da vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.



DİM-dən APA-ya verilən məlumata görə, namizədlər 25 may saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından götürməlidirlər.



İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.



İmtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçib.



İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə, ümumilikdə 200 test tapşırığı təqdim olunur.



Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq alt bölməsində yerləşdirilib.



İmtahan 3 saat davam edəcək. Hər sual 1 balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

Apa.az
Xəbər Lenti Giriş Populyar Reklam