Bərdədə kanala düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bərdədə kanala düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi

Bərdədə kanala düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi

Müəllif: Gulnare
//
23 may 2018
//
//

Bərdədə kanala düşən 80 yaşlı kişi 24 saatdan sonra xilas edildi


Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib.

Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib.

Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda çarəsiz vəziyyədə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət, koldan tutaraq qalıb.

Ərazidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.

Sudan çıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb.

Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qalır və ev şəraitində müalicə alır.
Xəbər Lenti Giriş Populyar Reklam