Sabirabadda qorxulu hal - Narkoplantasiyanın sahibləri yeniyetmələr imiş » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabirabadda qorxulu hal - Narkoplantasiyanın sahibləri yeniyetmələr imiş

Sabirabadda qorxulu hal - Narkoplantasiyanın sahibləri yeniyetmələr imiş

Müəllif: Gulnare
//
23 may 2018
//
//

Sabirabadda qorxulu hal - Narkoplantasiyanın sahibləri yeniyetmələr imiş


Xeberleragentliyi.com xeber verir ki, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məsələ ilə əlaqədar olaraq RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb. Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam