BQXK nümayəndələri Ermənistandakı azərbaycanlı hərbi əsir və girova baş çəkiblər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » BQXK nümayəndələri Ermənistandakı azərbaycanlı hərbi əsir və girova baş çəkiblər

BQXK nümayəndələri Ermənistandakı azərbaycanlı hərbi əsir və girova baş çəkiblər

Müəllif: Anar
//
21 Kasım 2012
//
//

BQXK nümayəndələri Ermənistandakı azərbaycanlı hərbi əsir və girova baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir və mülki girova baş çəkiblər.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, Ermənistanın BQXK-dakı nümayəndə heyətinin proqram koordinatoru Aşot Astabatsyan əsirlərdən birinin hərbçi, digərinin mülki şəxs olduğunu bildirib: “BQXK nümayəndələri onlarla ailələri ilə bağlı məlumat mübadiləsi apardılar”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Ermənistan Müdafiə Nazirliyi isə Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin noyabrın 12-də səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib. İnsidentlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb, hadisənin detalları araşdırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam