Nazirlik: "TANAP dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazirlik: "TANAP dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək"

Nazirlik: "TANAP dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək"

Müəllif: Gulnare
//
23 may 2018
//
//

Nazirlik: "TANAP dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək"


Transanadolu qaz kəməri (TANAP) istismara veriləndən sonra dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqeləri daha da güclənəcək.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Türkiyə həmişə bu layihənin reallaşdırılmasına nikbin yanaşıb:

"TANAP-a heç vaxt hansısa layihənin alternativi qismində baxılmayıb. Öz növbəsində, Transanadolu qaz kəmərinin başqa alternativi yoxdur".

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP-ın istismara verilməsi mərasiminin iyunun 12-də keçiriləcəyini bildirib.

Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.
Xəbər Lenti Giriş Populyar Reklam