Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Müəllif: Gulnare
//
23 may 2018
//
//

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb.

Xeberleragentliyi.com DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Xəbər Lenti Giriş Populyar Reklam