Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır

Müəllif: Gulnare
//
22 may 2018
//
//

Azərbaycanda ali məktəblərə müsabiqədənkənar qəbul imkanları artırılır


Azərbaycanda beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Qanuna təklif edilən digər dəyişikliklərə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Bu olimpiada, beynəlxalq müsabiqə və yarışların qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Xəbər Lenti Giriş Populyar Reklam