Şəkili gecə vaxtı “Uşaq aləmi”nə girdi - Oğurluğa... » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Şəkili gecə vaxtı “Uşaq aləmi”nə girdi - Oğurluğa...

Şəkili gecə vaxtı “Uşaq aləmi”nə girdi - Oğurluğa...

Müəllif: Gulnare
//
22 may 2018
//
//

Şəkili gecə vaxtı “Uşaq aləmi”nə girdi - Oğurluğa...


Mayın 21-nə keçən gecə saat 1.20-də Şəki Rayonlararası Mühafizə Şöbəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub.

Xeberleragentliyi.com DİN-dən verilən məlumata görə, dərhal hadisə yerinə - M.Müşfiq küçəsindəki "Uşaq aləmi" mağazasına gələn polis əməkdaşları qapının qıfılını sındıraraq oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıblar.

Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan 1 ədəd maska, 2 ədəd şüşəkəsən və 1 ədəd qıfılsındıran alətlər aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam