Lənkəranda minik və yük maşınları toqquşdu: 3 nəfər yaralandı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Lənkəranda minik və yük maşınları toqquşdu: 3 nəfər yaralandı

Lənkəranda minik və yük maşınları toqquşdu: 3 nəfər yaralandı

Müəllif: Gulnare
//
22 may 2018
//
//

Lənkəranda minik və yük maşınları toqquşdu: 3 nəfər yaralandı


Lənkəranda yol qəzası olub.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, "VAZ 2107" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report" xəbər verir ki, rayonun Bürcəli kəndi ərazsində, 90-NE-057 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil 01-BE-732 dövlət qeydiyyat nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə "07"-də olan sürücü və sərnişinlər - rayonun Bürcəli kənd sakinləri, 1991-ci il təvəllüdlü Asim Natiq oğlu Feyziyev, 1992-ci il təvəllüdlü Elnur Baləddin oğlu Sovqatov və rayonun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynal oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onlardan 2-si - A.Feyziyev və E.Sovqatov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəbər Lenti Giriş Populyar Reklam