Bakıda kürəkən qayınanasını və arvadını öldürdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda kürəkən qayınanasını və arvadını öldürdü

Bakıda kürəkən qayınanasını və arvadını öldürdü

Müəllif: Gulnare
//
22 May 2018
//
//

Bakıda kürəkən qayınanasını və arvadını öldürdü


Bakıda arvadını və qayınanasını öldürən şəxs saxlanılıb.

Xeberleragentliyi.com APA-ya istinadən məlumatına görə, ötən gecə qısqanclıq zəminində həyat yoldaşını və qayınanasını öldürən, 1987-ci il təvəllüdlü Ramin Səfər oğlu İsmayılov Ağdam rayon Polis Şöbəsinə gedərək təslim olub.

Qeyd edək ki, hadisə mayın 21-dən 22-nə keçə gecə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb. R. İsmayılov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanı və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam