Kolumbiyada subasma təhlükəsi: 25 min nəfər təxliyə olundu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Kolumbiyada subasma təhlükəsi: 25 min nəfər təxliyə olundu

Kolumbiyada subasma təhlükəsi: 25 min nəfər təxliyə olundu

Müəllif: Gulnare
//
22 May 2018
//
//

Kolumbiyada subasma təhlükəsi: 25 min nəfər təxliyə olundu


Kolumbiyada tikilməkdə olan "İtuanqo" su elektrik stansiyasını (SES) qidalandıracaq Kauka çayında suyun səviyyəsinin artması nəticəsində subasma riski yaranıb.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bu səbəbdən 25 mindən çox şəxs təxliyə olunub.

Bazar ertəsi səhər saatlarında SES-in tunellərindən birinin tıxanması ilə əlaqədar qırmızı həyəcan səviyyəsi elan olunub.

Təxliyə edilən 25 234 nəfər 14 müvəqqəti sığınacağa yerləşdirilib.

Bundan əvvəl, mayda Kauka çayının məcrasından çıxması nəticəsində ən azı 600 nəfər təxliyə olunmuşdu.
Xəbər Lenti Giriş Populyar Reklam