Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb

Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb

Müəllif: Gulnare
//
17 may 2018
//
//

Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb


Sabirabad sakininin evində narkotik və silah tapılıb.



DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin tapılıb.



Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya göndərilib.


Faktla bağlı araşdırma aparılır. Apa
Xəbər Lenti Giriş Populyar Reklam