ADAU rektorunun Tələbə evində növbəti görüşü olub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ADAU rektorunun Tələbə evində növbəti görüşü olub

ADAU rektorunun Tələbə evində növbəti görüşü olub

Müəllif: Gulnare
//
16 may 2018
//
//

ADAU rektorunun Tələbə evində növbəti görüşü olub


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Tələbə evlərində gənclərlə görüşü ənənəyə çevrilib. Bu görüşlərin məqsədi Tələbə evlərində yaradılmış şəraitdən, o cümlədən kitabxana fondundan, idman zallarından səmərəli istifadə, burada yaşayan tələbələrin asudə vaxtının daha yüksək səviyyədə təşkili, habelə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, ümumiyyətlə, tələbə həyatı ilə bağlı bütün məsələlər üzrə müzakirələrin aparılması, verilən təkliflərin dinlənilməsidir.

Xeberleragentliyi.com xeber verir ki, 14 may 2018-ci il tarixində axşam saat 19:30-da başlayan növbəti görüş fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, tələbə təşkilatlarının iştirakı ilə təşkil olunub. Səmimi şəraitdə keçən görüşdə rektor İbrahim Cəfərov dövlətin aqrar təhsilə dəstəyinin müasir səviyyəsində təhsil, asudə vaxtın səmərəli təşkili, tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi yaradılmış şəraitlərdən səmərəli istifadənin vacibliyindən danışıb. Qeyd olunub ki, aqrar sahədə əmək bazarında rəqabətin gücləndiyi indiki dövrdə rəqabətədavamlı mütəxəssis kimi yetişmək üçün universitetdə hər cür şərait yaradılmışdır.

Sonra tələbələr suallarını və təkliflərini rektora ünvanlayıblar. Verilmiş təkliflərin həyata keçirilməsi üçün rektor tərəfindən dekanlara, kafedra və şöbə müdirlərinə tapşırıqlarını verib. Sual və təkliflər əsasən dərslərin praktik yönümlülüyünün artırılması, könüllülük fəaliyyətinin gücləndirilməsi, beynəlxalq mübadilə proqramlarında iştirak, imtahanların qəbul edilməsi formaları, akademik borcların ləğvi kimi məsələləri əhatə edib.

Qeyd olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verən rektor bu kimi görüşlərin daha intensiv xarakter alacağını və hər bir tələbəni istənilən məsələ ilə bağlı hər zaman dinləməyə hazır olduğunu bildirib. Tələbələr daim onların problemlərini, təkliflərini birbaşa dinlədiyinə və həmişə onların yanında olduğuna görə rektora dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər Lenti Giriş Populyar Reklam