Növbəti sürücülük testi keçirilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Növbəti sürücülük testi keçirilib

Növbəti sürücülük testi keçirilib

Müəllif: Gulnare
//
16 may 2018
//
//

Növbəti sürücülük testi keçirilib


26 aprel 2018-ci il tarixində mühəndislik fakültəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək” üçün “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə onlayn sürücülük testi keçirilib.

Xeberleragentliyi.com xeber verir ki, Test prosesi universitetin Sürücülük kursu, İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib. İmtahandan əvvəl rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yaradılan kursun əhəmiyyətindən danışaraq tələbələrə uğurlar arzulayıb. İmtahanda hər iştirakçıya 10 test sualı təqdim edilib. Nəticələr ilə test iştirakçıları dərhal monitorda əks olunan məlumatlar vasitəsi ilə məlumatlandırılıb. Tələblərə uyğun minimum 9 sualı düzgün cavablandıranlar testi uğurla keçmiş hesab olunublar. Qeyd edək ki, bu sürücülük hazırlığı kursu üzrə 60 nəfər tələbə iki ay müddətində tədris prosesi keçib və onlardan 38 nəfər təhsil müəssisəsi tərəfindən sertifikat alıb. Növbəti test imtahanından uğurla keçən 30 iştirakçı isə müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıblar. Onlardan 2 nəfər müəllim, 2 nəfər texniki işçi və 26 nəfər tələbə olub.
Xəbər Lenti Giriş Populyar Reklam