YAZ MƏKTƏBİNİN ÜZVLƏRİ QONAQ SPİKERLƏRLƏ GÖRÜŞÜBLƏR » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » YAZ MƏKTƏBİNİN ÜZVLƏRİ QONAQ SPİKERLƏRLƏ GÖRÜŞÜBLƏR

YAZ MƏKTƏBİNİN ÜZVLƏRİ QONAQ SPİKERLƏRLƏ GÖRÜŞÜBLƏR

Müəllif: Gulnare
//
16 may 2018
//
//

YAZ MƏKTƏBİNİN ÜZVLƏRİ QONAQ SPİKERLƏRLƏ GÖRÜŞÜBLƏR


Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan tələbələrin ikinci könüllülük Yaz Məktəbi çərçivəsində qonaq spikerlərlə görüşü keçirilib.

Xeberleragentliyi.com xeber verir ki, Gənclər evində təşkil olunan tədbirdə tələbələrin ilk qonağı Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev olub.

Naqif Həmzəyev ölkəmizin tərəqqisində gənc nəslin rolundan ətraflı bəhs edib. Həmçinin ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, eləcə də şəhər gənclərinin asudə vaxtlarının səmərli təşkili, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.

Naqif Həmzəyev son illərdə Gəncə şəhərində reallaşdırılan bir çox yerli və beynəlxalq layihələrin icrasında tələbə gənclərin könüllü kimi fəaliyyətini də yüksək qiymətləndirib. YAP Gəncə şəhər Təşkilatında keçirilən seminar, diskussiya, treninq, layihələr, eləcə də klub və mərkəzlər haqqında tələbələrə ətraflı məlumat verilib.

X X X

Gənclər evində təşkil olunan tədbirdə tələbələrin ikinci qonağı Milli Məclisin deputatı, universitetin Elmə və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə olub.

Pərvin Kərimzadə gənclərin inkişafında elm və təhsilin rolundan bəhs edib. Həmçinin gənclərə hüquq quruculuğu, parlamentarizm ənənələri və qanunverici orqanın səlahiyyətləri haqqında bir çox maraqlı məlumat verilib.

Pərvin Kərimzadə son illərdə universitetdə təhsil alan gənclərin elmə xüsusi maraq göstərdiklərini və bir çox elmi-tədqiqat layihələrində yaxından iştirak etdiklərini təqdirəlayiq hal kimi qiymətləndirib.

X X X

Gənclər evində təşkil olunan tədbirdə tələbələrin sonuncu qonağı Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi

Müşfiq Cəfərov olub.Görüş zamanı Müşfiq Cəfərov tələbələrlə səmimi söhbət apararaq həm özü haqqında, həmdə əldə etdiyi uğurlar barəsində tələbələrə məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam