TƏLƏBƏLƏRİN “YAZ MƏKTƏBİ”NİN AÇILIŞI OLUB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » TƏLƏBƏLƏRİN “YAZ MƏKTƏBİ”NİN AÇILIŞI OLUB

TƏLƏBƏLƏRİN “YAZ MƏKTƏBİ”NİN AÇILIŞI OLUB

Müəllif: Gulnare
//
16 may 2018
//
//

TƏLƏBƏLƏRİN “YAZ MƏKTƏBİ”NİN AÇILIŞI OLUB


Mayın 4-də Gəncə Dövlət Universitetinin 80 İllik yubileyinə həsr edilən “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsinin icrasına başlanılıb.

Xeberleragentliyi.com xeber verir ki, Məhsəti Gəncəvi mərkəzində keçirilən tədbirdə universitetin rektoru, professor Yusif Yusibov, Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, eləcə də universitetin professor müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov bildirib ki, Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində ulu öndər Heydər Əliyevin apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev ötən əsrin 70-ci illərində hər il iki minədək gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi. Ümummilli Lider Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi.

Vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri yenə gənclərlə iş olub. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.

“Son illərdə gənclərin yüksək dövlət vəzifələrinə təyin edilməsi onu göstərir ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün vətənpərvər Azərbaycan gəncliyi yetişib. İndi Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində öz fəaliyyəti ilə böyük uğurlar qazanır və ölkəmizin şöhrətini bütün dünyaya yayır” – deyə professor Y.Yusibov qeyd edib.

Gəncə şəhər Gənclər və idman Baş idarəsinin rəisi Müşfiq Cəfərov qeyd edib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç təsadüfü deyil ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

GDU-nun Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetdə tələbələrinin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, xüsusən gənclərin asudə vaxtlarının səmərli təşkili üçün yaradılan şəraitdən danışıb.

Bildirib ki, “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsinin keçirilməsində məqsəd tələbələrdə liderlik qabiliyyətinin artırılması, könüllü fəaliyyətin təşviqi və komanda işinin təşkilidir. Üç gün davam edəcək maraqlı layihədə bir-birindən fərqli təlimçilərin rəhbərliyi ilə müxtəlif təlimlər keçiriləcək. Eyni zamanda intellektual yarışlar və şəhər ekskursiyaları təşkil ediləcək. Layihənin icrası gənclər üçün maraqlı parti ilə yekunlaşacaq.
Xəbər Lenti Giriş Populyar Reklam