QALİBLƏR MÜKAFATLANDIRILIB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » QALİBLƏR MÜKAFATLANDIRILIB

QALİBLƏR MÜKAFATLANDIRILIB

Müəllif: Gulnare
//
16 may 2018
//
//

QALİBLƏR MÜKAFATLANDIRILIB


Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda 4-cü ümumrespublika bilik yarışında yer qazanmış müəllim və tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib.

Xeberleragentliyi.com xeber verir ki, Həmçinin universitetin ictimai həyatında yaxından iştirak edən, eyni zamanda 2017-2018 tədris ilinin payız-qış imtahan sessiyasının gedişində obyektivliyin və şəffaflığın təşkil olunmasında köməklik göstərdikləri üçün bir qrup əməkdaşlar də mükafatlandırılıb.

Tədbirdə universitetinin professor-müəllim heyəti, məktəb müəllimləri, tələbələr, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən rektorun baş müşaviri dosent Asif Cavdov bildirib ki, hazırda yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, eləcə də onların intellektual və fiziki inkişafının təmin olunması üçün hər cür şərait yaradılıb.

“Son illər gənclərimizin respublikamızın həyatında fəal iştirakı, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsidir. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq” – deyə Asif Cavadov qeyd edib.

Tədbirdə 18 oktyabr Müstəqillik Gününə həsr edilmiş “Vətənin Müdafiəsinə Hazıram” adlı universitet tələbələri arasında keçirilən idman oyunları üzrə spartakiadanın təşkilində və yarışların keçirilməsində göstərdikləri xidmətə görə əməkdaşlar və fəxri yerləri tutmuş tələbələr mükafatlandırılıb.

Sonda universitetin rektoru professor Yusif Yusibovun müvafiq əmri ilə hər bir yarışmada qalib gələn tələbələr və öz xüsusi bacarıqları ilə seçilən əməkdaşlar “Fəxri Fərman”la təltif edilib, hədiyyələrlə mükafatlandırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam