ELEKTRON HÖKUMƏT TƏLİM-TƏDRİS MƏRKƏZİ TƏLƏBƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ELEKTRON HÖKUMƏT TƏLİM-TƏDRİS MƏRKƏZİ TƏLƏBƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİB

ELEKTRON HÖKUMƏT TƏLİM-TƏDRİS MƏRKƏZİ TƏLƏBƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİB

Müəllif: Gulnare
//
16 may 2018
//
//

ELEKTRON HÖKUMƏT TƏLİM-TƏDRİS MƏRKƏZİ TƏLƏBƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİB


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində təhsil alan gənclərin İKT sahəsindəki biliklərinin inkişafı məqsədilə seminar təşkil olunub.

Xeberleragentliyi.com xeber verir ki, Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, seminarda ümumilikdə 200 nəfərdən çox tələbə və müəllim heyəti iştirak edib.

Seminardan sonra mərkəzin əməkdaşları tərəfindən universitet rəhbərliyi ilə gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirlərdə çıxış edən mərkəzin direktoru Rauf Cabarov regionlarda təhsil alan tələbələrin İT sahəsi üzrə inkişafının perespektivlərindən danışıb, dövrümüz üçün bu sahənin onların gələcək karyeralarındakı önəmini vurğulayıb.

Seminarda mərkəzin əməkdaşları tərəfindən elektron hökümət həlləri, İKT üzrə təlim imkanları, beynəlxalq sertifikasiya proqramları, tələbələr üçün karyera imkanları və sosial layihələr barədə təqdimatlar nümayiş etdirilib.

Tələbələrlə keçirilən seminarlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə reallaşdırılan “İdeyadan biznesə” adlı startap turu barədə də məlumat verilib.

Sonda tələbə və müəllim heyəti ilə aktiv müzakirələr aparılıb.
Xəbər Lenti Giriş Populyar Reklam