ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İŞLƏYƏN 23 NƏFƏR FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ ALIB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İŞLƏYƏN 23 NƏFƏR FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ ALIB

ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İŞLƏYƏN 23 NƏFƏR FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ ALIB

Müəllif: Gulnare
//
16 may 2018
//
//

ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İŞLƏYƏN 23 NƏFƏR FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ ALIB


Gəncə Dövlət Universitetində işləyən gənc alim və doktorantların sayı artıb. Hazırda universitetdə fəlsəfə proqramı üzrə 104 nəfər dissertant və 58 nəfər doktorant, elmlər doktoru proqramı üzrə isə 18 nəfər dissertant alimlik dərəcəsi almaq üçün elmi tədqiqatlarını davam etdirir.

Xeberleragentliyi.com xeber verir ki, Bu barədə universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə Elm və İnnovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə məlumat verib.

Pərvin Kərimzadə bildirib ki, universitetdə ən çox dissertant və doktorant hazırlığı Azərbaycan dili, İnsan və heyvan fiziologiyası, Musiqi sənəti, Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofiziologiyası və geokimyası ixtisasları üzrə həyata keçirilir.

Bununla yanaşı, ötən il universitetdə çalışan əməkdaşlardan 4 nəfər riyaziyyat, 4 nəfər filologiya, 3 nəfər tarix, 3 nəfər pedaqogika, 3 nəfər texnika, eləcə də hər birində bir nəfər olmaqla kimya, fizika, biologiya, iqtisadiyyat və aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Universitetdə yaradılan elmi rəqabət mühitinin gənc alimlərin sayına müsbət təsir göstərdiyini deyən Pərvin Kərimzadə qeyd edib ki, 2015-ci ildə 4 nəfər, 2016-cı ildə 8 nəfər, 2017-ci ildə 23 nəfər, 2018-ci ilin ilk aylarında isə 24 nəfər fəlsəfə doktoru elmi dərəcəsi, həmçinin 6 nəfər dosent, 1 nəfər isə professor adı alıb. Hazırda Gəncə Dövlət Universitetində 1 nəfər AMEA-nın müxbir üzvü, 15 elmlər doktoru, 190 fəlsəfə doktoru, o cümlədən 16 professor, 144 dosent olmaqla, ümumilikdə, 541 müəllim həm yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında, həm də ali təhsil müəssisəsinin elmi potensialının yüksəldilməsində yaxından iştirak edir.
Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı