SƏMƏNİ SAXLA MƏNİ, İLDƏ GÖYƏRDƏRƏM SƏNİ » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » SƏMƏNİ SAXLA MƏNİ, İLDƏ GÖYƏRDƏRƏM SƏNİ

SƏMƏNİ SAXLA MƏNİ, İLDƏ GÖYƏRDƏRƏM SƏNİ

Müəllif: Gulnare
//
16 may 2018
//
//

SƏMƏNİ SAXLA MƏNİ, İLDƏ GÖYƏRDƏRƏM SƏNİ


Gəncə Dövlət Universitetində Biologiya-kimya fakültəsinin təşəbbüsü ilə tələbələrin əl işlərindən ibarət Novruz bayramının atributlarını özündə əks etdirən “Səməni” müsabiqəsi təşkil edilib.

Xeberleragentliyi.com xeber verir ki, Müsabiqədə universitetin rektoru professor Yusif Yusibov, rektorun baş müşaviri, dosent Asif Cavadov, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, fakültənin dekanı İsfəndiyar Alverdiyev, fakültənin kafedra müdirləri və müəllimlər iştirak ediblər. Tələbələr tərəfindən müsabiqəyə təqdim olunan əl işləri hər kəs tərəfindən maraqla qarşılanıb.

Rektor Yusif Yusibov bildirib ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Sonda müsabiqədə iştirak edən tələblərin əl işləri səsvermə yolu ilə seçilib və qaliblər mükafatlandırılıb.
Xəbər Lenti Giriş Populyar Reklam