ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNİ BİTİRƏN 60 NƏFƏRDƏN ARTIQ GƏNC ƏMƏK FƏALİYYƏTİNƏ BAŞLAYIB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNİ BİTİRƏN 60 NƏFƏRDƏN ARTIQ GƏNC ƏMƏK FƏALİYYƏTİNƏ BAŞLAYIB

ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNİ BİTİRƏN 60 NƏFƏRDƏN ARTIQ GƏNC ƏMƏK FƏALİYYƏTİNƏ BAŞLAYIB

Müəllif: Gulnare
//
16 may 2018
//
//

ÖTƏN İL GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA PİLLƏSİNİ BİTİRƏN 60 NƏFƏRDƏN ARTIQ GƏNC ƏMƏK FƏALİYYƏTİNƏ BAŞLAYIB


Ötən il Gəncə Dövlət Universitetinin (GDU) magistratura pilləsini bitirən məzunlardan 4 nəfər universitetin özündə, 2 nəfər Azərbaycan Milli Elmlər Akademiyasında, 2 nəfər Azərbaycan Dövlət Aqrar Universitetində, 1 nəfər Naxçıvan Dövlət Universitetində, 1 nəfər isə İstanbul Universitetində doktorantura pilləsinə qəbul olub. Məzunlardan 7 nəfər Gəncə Dövlət Universitetində, 1 nəfər Sumqayıt Dövlət Universitetində, 1 nəfər Azərbaycan Dövlət Aqrar Universitetində, 1 nəfər isə Azərbaycan Texnologiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Həmçinin müsabiqə yolu ilə 4 nəfər dövlət qulluğunda, 28 nəfər ümumtəhsil məktəblərində, 4 nəfər peşə liseyində, 11 nəfər bank sektorunda, 2 nəfər KİV-də, 2 nəfər AMEA-nın instutlarında, 1 nəfər isə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunda işlə təmin edilib.

Xeberleragentliyi.com xeber verir ki, Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu barədə Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov Elmi şurada 2017-2018-ci tədris ilində Gəncə Dövlət Universitetində magistratura xətti ilə aparılan elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə dair hesabatında məlumat verib.

Bildirilib ki, bu il Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində təhsil alan magistrantların sayı 380 nəfər təşkil edib. Bu tələbələrdən 123 nəfəri dövlət sifarişi əsasında, 257 nəfəri isə ödənişli əsaslarla təhsil alırlar. Təhsil alanlardan 290 nəfəri qızlar, 90 nəfəri isə oğlanlardır. O cümlədən ikinci kurslarda 164 nəfər təhsil alır ki, onlar da hazırda elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə buraxılıblar.

Cari tədris ilində universitetin magistratura pilləsinə 217 nəfər qəbul olunub. Həmçinin İqtisadiyyat, Filologiya, Xarici dil, Psixologiya, Coğrafiya kimi ixtisaslarda qəbul üzrə göstəricilər tam yerinə yetirilib. Kafedralar üzrə isə Kimya, Ümumi pedaqogika, Botanika və Zoologiya kafedralarının göstəriciləri daha yüksək olub.

2017-2018-ci tədris ilində universitetdə 20 proqram üzrə 58 ixtisasda magistr hazırlığı aparıldığını deyən Emin Yaqubov qeyd edib ki, hazırda bu işə 29 ixtisas kafedrası cəlb edilib. Magistarantların elmi-tədqiqat işlərinin yüksək səviyyədə təşkili ilə yanaşı bu işlərin məzmununun daha da zənginləşdirilməsi və alınan nəticələrin elmi mətbuatda əks olunmasına diqqət yetirilib. Məhz 2017-ci ildə respublikada nəşr olunan müxtəlif elmi jurnal və toplularda magistrantların 300-ə yaxın elmi məqaləsi dərc olunub, 100-dən artıq məqalə isə cari ilin may ayında çapı nəzərdə tutulan Gəncə Dövlət Universitetinin “Tələbə və magistrantların elmi-tədqiqat və yaradıcılıq işləri toplusu”nda dərc olunmaq üçün universitetin elmi hissəsinə təqdim edilib. Ötən il magistrantlar həm də respublika səviyyəli bir neçə elmi-nəzəri və elmi-praktik konfranslarda iştirak edib və məqalələri konfrans materiallarında dərc olunub.

“Hazırda universitetdə infrastrtukturun ildən-ilə yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi, tədris prosesinin və elmi-tədqiqat işlərinin keyfiyyətin yüksəldilməsi magistratura pilləsindəki elmi araşdırmaların da yeni istiqamətdə aparılmasını zəruri edib” – deyə Emin Yaqubov qeyd edib.
Xəbər Lenti Giriş Populyar Reklam