UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO

UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO

Müəllif: Gulnare
//
15 may 2018
//
//

UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO


UNESCO-nun Fransanın Paris şəhərində yerləşən baş qərargahında Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd edilib.

xeberleragentliyi.com "Report"a istinadən bildirir ki, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin və Mədəniyyət Nazirliyinin təşkil etdiyi gecədə Milli Orkestri Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Daimi nümayəndəliyin rəhbəri Anar Kərimov tədbirdə qonaqlara dahi bəstəkar Qara Qarayevin yaradıcılığı haqqında ətraflı məlumat verib.

UNESCO baş katibinin kommunikasiya və informasiya üzrə müavini Moez Çalçuk Qara Qarayevin yaradıcılığının hüdudsuz olduğunu vurğulayaraq, bugünkü xatirə gecəsinin ortaq tariximizin meyvəsi olduğunu deyib.

Qara Qarayevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi qonaqların böyük marağına səbəb olub.

UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO
UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO
UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO
UNESCO-nun baş qərargahında Qara Qarayevin 100 illik yubileyi qeyd olunub - FOTO
Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı