Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar

Müəllif: Gulnare
//
15 may 2018
//
//

Damarların sərtləşməsinin və daralmasının qarşısını alan qidalar


Damarların xroniki xəstəliyi olan ateroskleroz ürək-damar sisteminin əsas səbəblərindən biridir.

Ateroskleroz zamanı damarların daxilində "pis" xolesterin və kalsium yığılır ki, damarlar daralır, sərtləşir. Bunun nəticəsində damarların yırtılması, tutulması riski artır. Əgər beyin və ya ürək damarı tutular və ya yırtılarsa, bu infarkt və ya insultun inkişafına səbəb olacaq.

Təəssüf ki, uzun müddət ərzində ateroskleroz özünü büruzə vermir.

Amerika alimləri araşdırma zamanı aşkar ediblər ki, kaliumla zəngin olan məhsulların tez-tez istehlakı aterosklerozun inkişafını xeyli ləngidir, damarları qoruyur.

Əksinə isə kaliumun qidalanmada çatışmazlığı damarlarda patoloji dəyişikliklərin inkişafını daha da tezləşdirir.

Araşdırmanın nəticələrini nəzərə alaraq alimlər inlanlara damarları qorumaq məqsədi ilə kaliumla zəngin olan məhsulları qidalnamaya tez-tez daxil etməyi tövsiyə edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, belə məhsullar arasında: ərik qurusu, lobya, noxud, mərci, kişmiş, qara gavalı, badam, qoz, banan, kartof, xurma, ispanaq, zoğal.
Xəbər Lenti Giriş Populyar Reklam