Minik avtomobili "KamAZ"la toqquşdu: ölən və xəsarət alan var » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Minik avtomobili "KamAZ"la toqquşdu: ölən və xəsarət alan var

Minik avtomobili "KamAZ"la toqquşdu: ölən və xəsarət alan var

Müəllif: Gulnare
//
14 may 2018
//
//

Minik avtomobili "KamAZ"la toqquşdu: ölən və xəsarət alan var


Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində 10 UP 723 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili ilə 50 BH 360 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan bir nəfər ölüb, digəri isə xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam