İsrail hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İsrail hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb

İsrail hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb

//
20 noyabr 2012
//
//

İsrail hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb


xeberleragentliyi.com -un APA-ya istinadən veriyi məlumata görə İsrailin 6 günlük hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb. Bu barədə Fələstin səhiyyə nazirliyindən məlumat verilib.



Həlak olanlar arasında 24 uşaq, 10 qadın və 12 qoca var. Yalnız noyabrın 19-da 27 nəfər həlak olub.



Yaralıların sayı isə 850 nəfəri keçib. Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidranın sözlərinə görə, artıq dərman preparatları və tibbi ləvazimatın, xüsusən güclü antibiotiklər, bintlər, anesteziya üçün vasitələr, və yodun çatışmazlığı hiss olunur.



Bu gün İsrail hücum başlayandan sonra ilk dəfə olaraq sərhədi açaraq Qəzza zolağına 120-dən artıq dərman preparatı və tibbi ləvazimat daşıyan yük maşınını buraxıb.



Hərbi əməliyyatlar nəticəsində cəmi 3 nəfər israilli yaralanıb. Noyabrın 15-də Kiryat-Malaxi şəhərinin 3 sakini evlərinə Fələstin raketinin düşməsi nəticəsində yaralanıblar.
Xəbər Lenti Giriş Populyar Reklam