Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri müzakirə edildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri müzakirə edildi

Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri müzakirə edildi

Müəllif: Gulnare
//
11 may 2018
//
//

Azərbaycan-ABŞ münasibətlərinin gələcək perspektivləri müzakirə edildi


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf tarixi və gələcək perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir E.Məmmədyarov ölkəmizin enerji strategiyası, TANAP/TAP layihələrinin icrası və Avropanın enerji təhlükəsizliyində rolu, beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ ilə əməkdaşlığı, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, Əfqanıstanda Qətiyyətli dəstək əməliyyatında ölkəmizin iştirakı və NATO üzv dövlətlərinə, o cümlədən ABŞ-a Əfqanıstan əməliyyatı üçün göstərilən tranzit və logistika dəstəyi barədə danışıb.

Eyni zamanda görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Nazir bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir.Milli.az
Xəbər Lenti Giriş Populyar Reklam