İsveçrədə Pianoçular Müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İsveçrədə Pianoçular Müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək

İsveçrədə Pianoçular Müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək

Müəllif: Gulnare
//
11 may 2018
//
//

İsveçrədə Pianoçular Müsabiqəsinin qalibinə Heydər Əliyev xüsusi mükafatı təqdim ediləcək


Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Pianoçular Müsabiqəsi keçiriləcək.

Xeberleragentliyi.com AZƏRTAC a isdinaden xəbər verir ki, müsabiqə Azərbaycanın Əməkdar Artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunur. Bəstəkar, dirijor və Fransa İncəsənət Akademiyasının üzvü Loran Petijirar bu müsabiqənin fəxri prezidentidir. İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi həmin müsabiqənin iştirakçıları üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi mükafat təsis edib. Bu mükafat müsabiqənin münsiflər heyəti və Azərbaycan səfirliyinin birgə rəyi əsasında seçilən qalibə təqdim olunacaq. Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçasının səsləndirilməsi də nəzərdə tutulur.

Ulu Öndərin anadan olmasının ildönümünə həsr ediləcək mahnılar onun əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsidir.
Xəbər Lenti Giriş Populyar Reklam