Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin 95 illiyinə həsr olunmuş tədbir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin 95 illiyinə həsr olunmuş tədbir

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin 95 illiyinə həsr olunmuş tədbir

Müəllif: Gulnare
//
10 May 2018
//
//

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu Öndərin 95 illiyinə həsr olunmuş tədbir


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib.

Xeberleragentliyi.com AZƏRTAC a isdinaden xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq milli incəsənətimizin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən, bu sahədə çalışan sənətkarlara diqqət və qayğısından danışıb.

Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Ülkər Talıbzadə “Heydər Əliyev və musiqi incəsənəti”, elmi işçi Elminaz Məmmədli “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzularında məruzələrlə çıxış ediblər. Onların çıxışları mövzu üzrə slayd-şou ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının, Milli Konservatoriyanın tələbələrinin ifalarında Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam