Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Müəllif: Gulnare
//
10 May 2018
//
//

Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkarlanıb.

Nazirlikdən APA-ya bildirilib ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.Apa.az
Xəbər Lenti Giriş Populyar Reklam