Azərbaycan mədəniyyəti Kanadada Muğamla təbliğ olunacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan mədəniyyəti Kanadada Muğamla təbliğ olunacaq

Azərbaycan mədəniyyəti Kanadada Muğamla təbliğ olunacaq

Azərbaycan mədəniyyəti Kanadada Muğamla təbliğ olunacaq



21 dekabr 2012-ci il tarixində Kanadanın Toronto şəhərində Muğam – Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası, dünya şöhrətli musiqiçi Alim Qasımovun “Sama-e Rast Muğam rəqsi” adlı konserti təşkil olunacaq.
Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən Lent.az-a verilən məlumata əsasən, konsertdə Torontoda yaşayan həmyerlimiz Saşar Zarifin rəhbərlik etdiyi rəqs qrupu iştirak edəcək.

Sözügedən festival Kanada, eləcə də Ontario əyalətinin İncəsənət Şuraları, Ağaxan Muzeyinin himayəsi, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.

Festivalın keçirilməsində məqsəd zəngin Azərbaycan muğam ənənələrini Kanadada təbliğ etməkdir
Xəbər Lenti Giriş Populyar Reklam