Zorlandığı deyilən qızın anası: “Bu yaşda olan uşaqlarda…” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Zorlandığı deyilən qızın anası: “Bu yaşda olan uşaqlarda…”

Zorlandığı deyilən qızın anası: “Bu yaşda olan uşaqlarda…”

Müəllif: Gulnare
//
08 may 2018
//
//

Zorlandığı deyilən qızın anası: “Bu yaşda olan uşaqlarda…”


Ölkə gündəmini zəbt edən falçının qızları zorlaması xəbəri neçə gündür hər kəsin müzakirə etdiyi hadisədir.

Xeberleragentliyi.com minval.info-ya istinadən xəbər verir ki, "Space" Tv-nin efirində yayımlanan "Olar? Olmaz!" verilişinə qızların birinin anası açıqlama verib. Verilişə müraciət edən qadın qızını heç vaxt atmayacağını və falçının tələsinə düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdən media vasitəsi ilə xəbər tutub. Qızının Ramil Talıbov adlı şəxsin əsirliyində qaldığını bildirən ana hər kəsi həssas olmağa çağırıb: "Bu yaşda olan uşaqlarda falçıya getmək meyli olur. Qızım da gedib. Səhv edib. Mən anayam. Heç vaxt qızımı atan deyiləm".

Aparıcı Amil Xəlilin qızların birinə yönləndirdiyi "peşmansınızmı" sualı, zorlandığını iddia edən qızı göz yaşlarına boğub. Qızını tək böyütdüyünü deyən xanım aidiyyəti qurumların bu işi tezliklə həll etməsini xahiş edib.
Xəbər Lenti Giriş Populyar Reklam