Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib

Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib

Müəllif: Gulnare
//
08 may 2018
//
//

Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib


Kocaeli Böyükşəhər Bələdiyyəsi’nin həyata keçirdiyi 10. Kitab Sərgisində Türkiyədə Azərbaycan ədəbiyyatənə təmsil edən “Araz” yayınlarının dəstəyi ilə iştirak edən yazıçı – jurnalist Oktay Hacımusalı tədbir çərşivəsində

“Azərbaycan sovet ədəbi tənqidi və Mir Cəlal Paşayev” mövzusunda çıxış edib. Bu barədə Xeberleragentliyi.com saytına yazar özü məlumat verib. Yazar bildirib ki, bu tədbir çərçivəsində qardaş ölkədə yaşayan ədəbiyyatsevərlərə Mir Cəlal yaradıcılığının müxtəlif aspektləri ilə bağlı məlumat versə də, mövzuya uyğun olaraq məruzə Mir Cəlal imzasının Azərbaycan ədəbi tənqidindəki yerinə həsr olunub: “Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan Mir Cəlal yaradıcılığı ilə bağlı Türkiyəli oxuculara məlumat verərkən, onun yazdığı monoqrafiyalardan, elmi məqalələrdən sitatlar gətirib ədəbiyyatımızda açdığı elmi – nəzəri dolğunluq cığırını da diqqət mərkəzində saxlamağa çalışdım. Mir Cəlal haqqında məruzə etməyin əslində nə qədər məsuliyyətli bir iş olduğunun fərqində idim, çünki, məruzəmdə də qeyd etmişdim ki, ədəbi tənqidimiz və ümumilikdə ədəbiyyatımız onun əsərlərindən çox şey öyrənib və bu gün də öyrənməkdədir. Ümid edirəm ki, etdiyim məruzə Türkiyəli ədəbiyyatsevərlərin xoşuna gəlib”.
Yazar Azərbaycan ədəbiyyatı ilə bağlıbelə silsilə məruzələri gələcəkdə də qardaş ölkədə davam etdirəcəyini bildirib.

XeberlerAgentliyi.com
Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib
Azərbaycanlı yazar Mir Cəlal haqqında məruzə ilə çıxış edib
Xəbər Lenti Giriş Populyar Reklam