"Türkiyə və Ukrayna qiymətləri azaltmağı vəd edib" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Türkiyə və Ukrayna qiymətləri azaltmağı vəd edib"

"Türkiyə və Ukrayna qiymətləri azaltmağı vəd edib"

Müəllif: Gulnare
//
08 may 2018
//
//

"Türkiyə və Ukrayna qiymətləri azaltmağı vəd edib"


"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə müxtəlif növ yüklərin daşınmasının təmin olunması üçün vahid tariflər və vahid pəncərə prinsiplərinin tətbiq olunması lazımdır".

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: "Bizim əsas tapşırıqlarımız tariflərin təkmilləşdirilməsi, daşımalar cədvəlinin müəyyənləşdirilməsi, sürətin artırılması və digər məsələlərdir. Azərbaycan öz növbəsində, öz ərazisindən kömür, buğda və konteynerlərin daşınması tariflərinin azaldılmasını təmin edib. Türkiyə və Ukrayna da qiymətləri azaltmağı vəd edib".

Qeyd edək ki, bu gün Bakıda TMTM Beynəlxalq Assosiasiyasının üzvlərinin ümumi iclası keçirilib. İclasın yekununda kömür və buğda daşımaları üzrə tarifləri təsdiq edən protokol imzalanıb.
Xəbər Lenti Giriş Populyar Reklam