26 baş qoyun oğurlayan dayıoğlunun GÖRÜNTÜLƏRİ » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » 26 baş qoyun oğurlayan dayıoğlunun GÖRÜNTÜLƏRİ

26 baş qoyun oğurlayan dayıoğlunun GÖRÜNTÜLƏRİ

Müəllif: Gulnare
//
08 may 2018
//
//

26 baş qoyun oğurlayan dayıoğlunun GÖRÜNTÜLƏRİ


Cəlilabad sakini dostu ilə əlbir olub bibisi oğlunun qoyunlarını oğurlayıb.

Xeberleragentliyi.com ARB TV xəbər verir ki, rayonun Dələli kənd sakini Alov İbrahimov rayon polis şöbəsinə müraciət edərək təsərrüfatındakı 26 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Polisin keçirdiyi əməliyyat zamanı məlum olub ki, hadisəni zərərçəkənin dayısı oğlu Valid Qürbətov, dostu, Masallı rayon sakini Ağa Əzizov ilə birgə törədib. Valid Qürbətov Ağa Əzizova məxsus "Vaz-21013" markalı avtomobillə Dələli kəndinə gedib, tövlədəki 26 baş qoyunu avtomobilin yük qoşqusuna yükləməklə Masallı rayonuna apararaq heyvan bazarında satıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı