Tunisin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tunisin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Tunisin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Müəllif: Gulnare
//
07 May 2018
//
//

Tunisin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib


Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Xeberleragentliyi.com məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Tunis xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini qardaş xalqlarımızın ortaq maraqları naminə daha da möhkəmləndirmək istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bildirirəm".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam