Aydın Əliyevin "Azxeber.com" rəhbərliyinə qarşı iddiası üzrə məhkəmə iclası bu həftə davam etdiriləcək » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Aydın Əliyevin "Azxeber.com" rəhbərliyinə qarşı iddiası üzrə məhkəmə iclası bu həftə davam etdiriləcək

Aydın Əliyevin "Azxeber.com" rəhbərliyinə qarşı iddiası üzrə məhkəmə iclası bu həftə davam etdiriləcək

Müəllif: Gulnare
//
07 may 2018
//
//

Aydın Əliyevin "Azxeber.com" rəhbərliyinə qarşı iddiası üzrə məhkəmə iclası bu həftə davam etdiriləcək


Dövlət Gömrük Komitəsinin (DGK ) sabiq sədri Aydın Əliyev "azxeber.com" saytının baş direktoru Əfsələddin Ağalarovu və baş redaktor Hacıbəy Heydərlini məhkəməyə verib.

Xeberleragentliyi.com Bu barədə vəkil Adəm Məmmədov bildirib.

A.Əliyev hər iki şəxsi barəsində xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

O, bu il yanvarın 16-da məhkəməyə müraciət edərək Ə.Ağalarov və H.Heydərli Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalarını istəyib.

A.Məmmədov deyib ki, Ə.Əliyev şikayət ərizəsini belə əsaslandırıb: "Azxeber.com saytında "Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş - Təfərruat" başlıqlı məqalədə məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.

Sonuncu məhkəmə prosesində A.Məmmədov çıxış edərək Ə.Ağalarov və H.Heydərli barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası mayın 12-nə təyin edilib.

Qeyd edək ki, A.Əliyev yeni hökmətin tərkibində yer alımayıb.
Xəbər Lenti Giriş Populyar Reklam