Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkarlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkarlandı

Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkarlandı

Müəllif: Anar
//
19 Kasım 2012
//
//

Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkarlandı

Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal, Xətai, Nəsimi və Səbail rayonları ərazisində vergi nəzarəti tədbirləri keçirilərkən 4 obyektdə qanunsuz totalizator oyunlarının keçirildiyi aşkarlanıb. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 43 ünvanda yerləşən, Şərifov Rafiq Cəbrayıl oğluna (VÖEN 1401995792) məxsus, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3/20 ünvanda yerləşən, Şıxəliyev Pənah Sultanağa oğluna (VÖEN 6300184752) məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi, 17 ünvanda yerləşən, Qurbanov Zaur Hasil oğluna (VÖEN 5300192252) məxsus, Səbail rayonu, Xəqani küçəsi, 31 ünvanda yerləşən “Alsefay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus (VÖEN 1701340891) obyektlərdən qanunsuz fəaliyyəti təsdiq edən kompüter dəstləri, noutbuklar, televizorlar, faks və printer aparatları, modemlər, “qara mühasibatlıq” sənədləri, mərc oyununda ödəniş etmək üçün qəbz formaları və kuponlar, oyun kartları və başqa dəlillər vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb.

Keçirilən tədbir zamanı həmin obyektlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam