Bakıda turistlərin pulları və mobil telefonunu oğurlayan şəxs saxlanılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda turistlərin pulları və mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Bakıda turistlərin pulları və mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Müəllif: Gulnare
//
07 may 2018
//
//

Bakıda turistlərin pulları və mobil telefonunu oğurlayan şəxs saxlanılıb


Bakıda turistlərin pullarını və mobil telefonun oğurlayan şəxs saxlanılıb.

Xeberleragentliyi.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən ölkəmizə turist kimi gəlmiş əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib.

Dərhal Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprelin 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb.

Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, kirəkeşlərin mənzildə olmadıqlarından istifadə edərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb.

“Samsung S-3” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər