Bakıda polislərlə vətəndaşlar arasında kütləvi dava » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda polislərlə vətəndaşlar arasında kütləvi dava

Bakıda polislərlə vətəndaşlar arasında kütləvi dava

Müəllif: Anar
//
19 Kasım 2012
//
//

Bakıda polislərlə vətəndaşlar arasında kütləvi dava

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində polisə müqavimət göstərməklə ictimai asayişi kobud şəkildə pozmuş şəxslər həbs olunub. Hüquq-mühafizə orqanlarından dediyi məlumata görə, saat 03.00 radələrində Qaraçuxur qəsəbəsi E.Vəkilli küçəsində, ailəvi istirahət mərkəzi yaxınlığında polislərə hücum etmiş şəxslər - Musayev Emil Elman oğlu, Qurbanov Fərid Faiq oğlu, Babayev Şaiq Sahib oğlu, Cəmilov Vüsal Müsahib oğlu və Məmmədov Mais Məhəmməd oğlu saxlanıldıqdan və müvafiq sənədləşmələr aparıldıqdan sonra məhkəməyə aparılıb. Məhkəmə həmin şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, sərxoş vəziyyətdə olan həmin şəxslər Çevik Polis Alayının 7-ci bölüyünün polis nəfərlərinə qarşı tabeçilik göstərməyərək dava-dalaş salıblar. Onlar hadisə yerinə gəlmiş 32-ci Polis Bölməsinin zabitlərinə də xəsarətlər yetiriblər.

19 noyabr saat 11:21

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində bir qrup vətəndaş polis əməkdaşlarına qarşı itaətsizlik göstərib və dava-dalaş olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saat 03.00 radələrində Qaraçuxur qəsəbəsində, ailəvi istirahət mərkəzinin yaxınlığında 5-6 nəfər xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və asayişi kobud şəkildə pozub. Bu zaman həmin şəxslər polis əməkdaşlarına hücum ediblər və bir neçə polis əməkdaşına xəsarət yetirilib. Əraziyə dərhal əlavə qüvvə göndərilib, lakin asayişi pozan şəxslər tabeçilik göstərməyiblər və dava-dalaş daha da böyüyüb.

Hadisə nəticəsində aralarında polis kapitanı və leytenantı da olmaqla 5 polis işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. Asayişi pozan şəxslər saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, yaralananların hamısı Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşıdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam