Bakıda məktəbli oğlan bıçaqla 23 yaşlı qıza hücum edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda məktəbli oğlan bıçaqla 23 yaşlı qıza hücum edib

Bakıda məktəbli oğlan bıçaqla 23 yaşlı qıza hücum edib

Müəllif: Anar
//
19 noyabr 2012
//
//

Noyabrın 18-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Bakıda məktəbli oğlan bıçaqla 23 yaşlı qıza hücum edib

Rayon Polis İdarəsinin məlumatına görə Çeçenistan vətəndaşı, Nəsimi rayonunda kirayədə yaşayan 1996-cı il təvəllüdlü Suyundinov Adil Muradoviç Nərimanov küçəsi 3 saylı binanın qarşısında 1989-cu il təvəllüdlü Məmmədova Həmidə Güloğlan qızına bıçaqla hücum edib. Yeniyetmə oğlan gənc qızı qorxudaraq onun əl çantasını alıb və ərazidən uzaqlaşıb. Əl çantasında H.Məmmədovaya məxsus sənədlər, bankomat kartı pul və digər əşyalar olub. Hadisəni törədən A.Suyundinov yaxalanıb.


Qeyd edək ki, A.Suyundinov 212 saylı orta məktəbin 10-cu sinif şagirdidir.
Xəbər Lenti Giriş Populyar Reklam