Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək - KİV » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək - KİV

Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək - KİV

Müəllif: Gulnare
//
07 may 2018
//
//

Trampla Kim Çen In iyunda Sinqapurda görüşəcək - KİV


ABŞ prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla iyunda Sinqapurda görüşəcək.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, bunu Cənubi Koreya mətbuatı yazıb. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləməyiblər. Qeyd edək ki, ötən həftə D.Tramp bildirmişdi ki, Kim Çen Inla görüşün tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək. Xatırladaq ki, Şimali Koreya may ayında Punqeri nüvə sınağı poliqonunun bağlayacağına dair öhdılik götürüb. Cənubi Koreya prezidenti Mun Çje İnlə Kim Çen Inın görüşündən sonra Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməyə başlanacağı bəyan olunub.
Xəbər Lenti Giriş Populyar Reklam