Xırdalanda xadimə işlədiyi evdən 20 min manatlıq qızıl oğurlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Xırdalanda xadimə işlədiyi evdən 20 min manatlıq qızıl oğurlayıb

Xırdalanda xadimə işlədiyi evdən 20 min manatlıq qızıl oğurlayıb

Müəllif: Gulnare
//
03 May 2018
//
//

Xırdalanda xadimə işlədiyi evdən 20 min manatlıq qızıl oğurlayıb


Mayın 1-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

Xeberleragentliyi.com Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam