Sankt-Peterburqda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sankt-Peterburqda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sankt-Peterburqda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müəllif: Gulnare
//
03 may 2018
//
//

Sankt-Peterburqda azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb


Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları aprelin 30-da şəhərin "Apraksin dvor" bazarı yaxınlığında öldürülən azərbaycanlının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

Xeberleragentliyi.com "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

KİV-in məlumatına görə, aprelin 30-da axşam saatlarında Sankt-Peterburqun mərkəzində törədilən qətl hadisəsi iki azərbaycanlı arasındakı münaqişə nəticəsində baş verib. Münaqişə tərəflərindən birinin digərinə bir neçə dəfə atəş açdığı bildirilir. Məlumata görə, onların hər ikisi "Lotu Quli" kimi tanınan azərbaycanlı "kriminal avtoritet"lə bağlıdırlar.

Faktla bağlı cinayət işi açılıb.
Xəbər Lenti Giriş Populyar Reklam