Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub

Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub

Müəllif: Anar
//
19 Kasım 2012
//
//

Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub

İstirahət günlərində ölkə ərazisində bir neçə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bərdə rayonunun Qaradəmirçi kənd sakini Qəmər Qurbanova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb. Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Mərkəz Əliyev həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bakı şəhərinin Nəsimi rayonu ərazisində isə, rayon sakini Cahan Şıxıyeva mənzilində dəm qazından zəhərlənərək ölüb, qızı Validəyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Noyabrın 17-də Gəncə şəhərində, "Gənclik" ticarət mərkəzinin 3-cü mərtəbəsində tikinti işləri aparılarkən, yük qaldıran lift qurğusunun qırılaraq yerə düşməsi nəticəsində, qurğuda olanlar Goranboy rayon sakinləri Elşən Vəliyev, Ramin Kərimov və Gəncə şəhər sakini Rəşad Şəfiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. E.Vəliyev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Vinnie 24 Aralık 2016 20:00
Help, I've been informed and I can't become igaotnnr.

Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam