Tanınmış stilist və müğənnimiz qəzaya düşdü » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tanınmış stilist və müğənnimiz qəzaya düşdü

Tanınmış stilist və müğənnimiz qəzaya düşdü

Müəllif: Anar
//
19 Kasım 2012
//
//

Tanınmış stilist və müğənnimiz qəzaya düşdü

Tanınmış stilist Pərviz Mirzəyev və tanınmış müğənnilərimizdən biri avtomobil qəzasına düşüb.
Stilist dünən gecə saatlarında idarə etdiyi "Range Rover" avtomobilini şəhərin mərkəzi küçələrinin birində ağaca çırpıb.

Özünün “Facebook” səhifəsində əzilmiş maşının fotolarını paylaşan Pərviz bildirib ki, hadisənin baş verməsinə səbəb başqa bir avtomobilin onun yolun sağ tərəfinə sıxışdırması olub. Nəticədə o, qəzadan qaça bilməyib: “Mən də əyləc yerinə qazı basdım. Beləcə, maşını ağaca çırpdım. Elə bil ki, hadisələr məni izləyir. 3 gün bundan öncə maşınımın şüşələrini sındırmışdılar. Sanki kimsə mənim qəsdimə durub”.

15 min manat zərərə düşdüyünü söyləyən stilist bildirib ki, hadisə zamanı onun yanında tanınmış müğənnilərdən biri də olub. O, adının hallanmasını istəməyən müğənninin burnunun sındığını deyib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam